IMEI yoxla
Telefonu almadan əvvəl IMEI nömrəsini yoxlayın. IMEI-ni öyrənmək üçün telefonda *#06# yığın.
IMEI nədir?
IMEI hər mobil telefonun 15 rəqəmli unikal nömrəsidir. İki SIM kartlı telefonların iki IMEI-si olur.
- *#06# yığın — nömrə ekranda görünəcək.
- iPhone: Parametrlər → Ümumi → Haqqında.
- Android: Parametrlər → Telefon haqqında → Status.
- Telefonun qutusunda və çekində də yazılır.
Almadan əvvəl nələri yoxlamalı?
- Telefondakı (*#06#) və qutudakı IMEI eyni olmalıdır.
- iPhone-da iCloud / "Find My" hesabından çıxılmış olmalıdır.
- Pulu heç vaxt əvvəlcədən köçürməyin.
- Telefon itibsə, IMEI-ni bazamıza əlavə edin — bu IMEI ilə elan yerləşdiriləndə sizə xəbər verəcəyik.